4 iyun 2011 15:12

Kazbek Tuayev: Bu, biabırçılıqdı

Azərbaycan futbolunun veteranı, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstana uduzan yığmamızın çıxışını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, 1:2 hesablı yenilgiylə bağlı bunları dilə gətirib:
 
“Bu, biabırçılıqdı. Belə bir komandaya uduzduq. Qazaxstan kimi simasız komanda hələ görməmişdim. Bütün bunları görmək ağır, acı və çox xoşagəlməz idi. Özü də futbolumuzun yüzilliyi ərəfəsində. Ümumiyyətlə nə qədər müdafiədən oynamaq olar? Onsuz da bundan fayda yoxdu. Dörd ildi belə oynayırıq. Əvvəl-axır biz hücum edə bilmərikmi? Axı bu, bizim məğzimizdi. Nəyi isə dəyişmək lazımdı. Ümumiyyətlə komandanın nə oynadığı aydın deyil”.

“Almaniya ilə oyun ərəfəsində komandaya qara yaxmaq istəmirəm. Almaniyanın Avstriya ilə son oyununa baxmışam. Bu ki maşındı. Özü də onlar üçün kimlə oynamağın fərqi yoxdu. Ona görə də çətin olacaq. Bizim kamandamıza isə reabilitasiya lazımdı. İlk növbədə şərəf və özünəhörmət haqda düşünmək lazımdı. Can qoymaq, xarkter göstərmək lazımdı. Ola bilsin yenə də uduzacaqlar, amma bunu layiqli, mübarizə ilə etsinlər” – deyə Tuayev qeyd edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.