5 iyun 2011 02:52
İngiltərə yenə evdə büdrədi (YENİLƏNİB)
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində daha bir neçə qrupda maraqlı oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, B, F, G və H qruplarında da ümumilikdə 9 qarşılaşma baş tutub.
B qrupunda eyni xala malik liderlər hərəsi bir autsayderlə qarşılaşıb. Rusiya evdə Ermənistanı qəbul edib və qonaqları Pavlyuçenkonun het-triki sayəsində hesabı açmalarına peşman edib. Slovakiya xala həsrət Andorranın qəbul edib və minimal hesabla da olsa, qələbə qazana bilib. İrlandiya isə Makedoniya ilə səfər matçında büdrəməməyə çalışıb və buna nail olub.
F qrupunda bizə “Bakı”dan tanış olan Aleksandr Starkovun çalışdırdığı Latviya yığması evdə İsraili qəbul edib. Lakin "azərbaycanlı" məşqçi doğma meydanda məğlubiyyət acısı dadıb. İddialı Yunanıstan isə geridə qalan oyunlarda xal qazana bilməyən Maltanı məğlub yola salıb və bir günlük fasilədən sonra yenidən zirvəyə çıxıb.
G qrupunda lider İngiltərə İsveçrəni sınağa çəkib. İlk yarıda iki qol buraxan ingilislər hesabı bərabərləşdirmələrinə sevinmək məcburiyyətində qalıblar. İngilislərlə eyni xala malik Çernoqoriya da Bolqarıstanla matçda xal itirməməyə çalışsa da, buna nail ola bilməyib və ikihakimiyyətlilik davam edib.
H qrupunda isə autsayder İslandiya Danimarka ilə qarşılaşmada ilk qələbəsinə qovuşmağa çalışasa da, buna nail ola bilməyib. Əvəzində Danimarka zirvəyə şərik olub. Portuqaliya isə qrupun lideri Norveçə ilk yenilgisini yaşadıb.
AÇ-2012-nin seçmə mərhələsi
4 iyun
B qrupu
Rusiya – Ermənistan - 3:1 (1:1)
Qollar: Pitselli, 25 - Pavlyuçenko, 26; 59-pen; 73.
Slovakiya - Andorra - 1:0 (0:0)
Qol: Karhan, 68.
Makedoniya - İrlandiya - 0:2 (0:2)
Qollar: R.Kin, 8; 37.
| 1 | Slovakiya | 6 | 4 | 1 | 1 | 6 | - | 4 | 13 |
| 2 | Rusiya | 6 | 4 | 1 | 1 | 9 | - | 4 | 13 |
| 3 | İrlandiya | 6 | 4 | 1 | 1 | 11 | - | 6 | 13 |
| 4 | Ermənistan | 6 | 2 | 2 | 2 | 10 | - | 7 | 8 |
| 5 | Makedoniya | 6 | 1 | 1 | 4 | 5 | - | 8 | 4 |
| 6 | Andorra | 6 | 0 | 0 | 6 | 1 | - | 13 | 0 |
F qrupu
Latviya - İsrail - 1:2 (0:2)
Qollar: Çauna, 62 - Benayun, 19, Haim, 43-pen.
Yunanıstan - Malta - 3:1 (2:0)
Qollar: Fetafatzidis, 8; 64, Papadopoulos, 26 - Mifsud, 54.
| 1 | Yunanıstan | 6 | 4 | 2 | 0 | 8 | - | 3 | 14 |
| 2 | Xorvatiya | 6 | 4 | 1 | 1 | 10 | - | 3 | 13 |
| 3 | İsrail | 7 | 4 | 1 | 2 | 10 | - | 7 | 13 |
| 4 | Gürcüstan | 7 | 2 | 3 | 2 | 5 | - | 5 | 9 |
| 5 | Latviya | 6 | 1 | 1 | 4 | 5 | - | 9 | 4 |
| 6 | Malta | 6 | 0 | 0 | 6 | 2 | - | 13 | 0 |
G qrupu
İngiltərə - İsveçrə - 2:2 (1:2)
Qollar: Lampard, 37-pen, Eşli Yanq, 51 - Barnetta, 32; 35.
Çernoqoriya – Bolqarıstan - 1:1 (0:0)
Qollar: Djalovic, 53 - Popov, 66.
| 1 | İngiltərə | 5 | 3 | 2 | 0 | 11 | - | 3 | 11 |
| 2 | Çernoqoriya | 5 | 3 | 2 | 0 | 4 | - | 1 | 11 |
| 3 | İsveçrə | 5 | 1 | 2 | 2 | 7 | - | 7 | 5 |
| 4 | Bolqarıstan | 5 | 1 | 2 | 2 | 2 | - | 6 | 5 |
| 5 | Uels | 4 | 0 | 0 | 4 | 1 | - | 8 | 0 |
H qrupu
İslandiya - Danimarka - 0:2 (0:0)
Qollar: Şene, 60, Eriksen, 75.
Portuqaliya – Norveç - 1:0 (0:0)
Qol: Poştiqa, 53.
| 1 | Danimarka | 5 | 3 | 1 | 1 | 7 | - | 4 | 10 |
| 2 | Norveç | 5 | 3 | 1 | 1 | 6 | - | 4 | 10 |
| 3 | Portuqaliya | 5 | 3 | 1 | 1 | 11 | - | 7 | 10 |
| 4 | Kipr | 4 | 0 | 2 | 2 | 5 | - | 8 | 2 |
| 5 | İslandiya | 5 | 0 | 1 | 4 | 2 | - | 8 | 1 |
