4 iyun 2011 17:04
Juventus növbəti transferini rəsmiləşdirdi
İtaliyanın “Juventus” klubu növbəti transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, 28 yaşlı təcrübəli orta sahə oyunçusu Mişel Pasiensa bundan sonra Turin klubunun şərəfini qoruyacaq.
“Napoli”də çıxış edən futbolçunun meneceri Vinçenso D'İppolito, müştərisinin “Juventus”la anlaşdığını rəsmən bəyan edib. Qeyd edək ki, italiyalı futbolcu “Napoli”yə üç mövsüm öncə “Fiorentina”dan transfer olmuşdu. Bu müddət ərzində o, Neapol klubunda 120 matça çıxmağı bacarıb.
Yeni mövsüm üçün heyətini gücləndirməyə çalışan və baş məşqçi postuna Antonio Konteni gətirən “Juventus”un bundan öncə Andrea Pirlo və Reto Ziqlerin transferini bitirdiyini də xatırladaq.
