4 iyun 2011 20:22
Berti Foqts AFFA prezidentinə hesabat verdi
Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev “Aeroport otel”də Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla görüş keçirib. Azerisport.az xəbər verir ki, Berti Foqts AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də keçirilmiş Qazaxıstan – Azərbaycan oyunu ilə bağlı hesabat verib.
Sonra AFFA-nın rəhbərliyi komandanın üzvləri ilə görüşərək millinin oyunundan və nəticədən narazılığını bildirib, qarşıdakı oyunlarda komandanın qarşısına konkret vəzifələr qoyub.
