4 iyun 2011 11:36

Rəşad Sadıqov: Yenilgi nəinki mənə, bütün komandaya çox pis təsir edib

Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov AÇ-2012-nin seçmə mərhələsinin Qazaxıstanla səfər oyunundankı 1:2 hesablı yenilgidən sonra azerisport.az saytının suallarını cavablayıb.
 
- Rəşad, komandaya nə olmuşdu?
- O olub ki, biz uduzduq. Belə oyundan sonra nəyisə danışmaq, analiz etmək, fikirləşmək çox çətindi. Belə uduzmağımız çox pis təsir etdi.
 
- Necə hesab edirsiz, məğlubiyyətə layiq idik?
- Hər halda tablodakı nəticə bundan xəbər verir. Məni sadəcə qazaxların oyuna bu dərəcədə yaxşı köklənməsi təəccübləndirir.
 
- Oyundan öncə demişdiz ki, bu qarşılaşma karyeranızda ən vacib görüşdü. İndi demək olar ki, bu, ən səs-küylü məğlubiyyətini yaşadın?
- Yığmada oynadığım müddətdə bəli. Bu yenilgi təkcə mənə yox, bütün komandaya çox pis təsir etdi.
 
- Oyunun əvvəlində komandaya nə olmuşdu? Niyə ilk dəqiqələrdən elə oyun sərgiləyirdiz?
- Meydan sahibləri çox aqressiv oyun sərgiləyirdilər. İlk dəqiqələrdən irəli atıldılar. Pressinq tətbiq edirdilər ki, bu də bəhrəsini verirdi. Birinci hissəni çox pis keçirdik.
 
- Bəs ikincini?
- Buraxılan qoldan sonra çətinliklə də olsa, ayıldıq. Komanda irəli atıldı, nəsə etməyə çalışdı. Amma ardından ikinci qol gəldi. Hansı ki, qayda pozuntusundan sonra vurdular.
 
- Amma Rəşad Sadiqov həmin epizodda dayanmaya bilərdi...
- Kimisə ayrıca olaraq günahlandırmaq düzgün olmazdı. Məğlubiyyətdə hamımız günahkarıq. Rəşadın formasından çəkdilər, o, dayandı və düşündü ki, hakim qayda pozuntusu qəbul edəcək. Amma hakimin fitinin səslənməyəcəyinə əmin olanda artıq gec idi. Qazax hücumçu belə anı qaçırmadı.

- Komanda son dəqiqələrdə niyə özünü toparlaya bilmədi?
- İkinci qolu buraxdıqdan sonra artıq tələsməyə başlamışdıq. Qazaxlar isə müdafiədən oynayırdılar. Bizə hücum üçün çox imkan yaratmırdılar. Bizdə də təcrübə çatışmazlığı vardı.
 
- İndi Almaniya ilə oyundan nə gözləyək?
- Bizə özümüzə gəlmək lazımdı. Qrupumuzun favoritinə qarşı oyuna hazır olmalıyıq. Azarkeşlərimiz qarşısında günahımızı yumağı çox istərdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.