4 iyun 2011 11:43
“İndi futbolçularımıza sadəcə bu məğlubiyyətdən lazımi dərslər çıxarmaq qalır”
Futbol üzrə yığma komandamızın məşqçilər korpusunda yer alan Vəli Qasımov AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstana yenilgini şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:2 hesablı yenilgiylə bağlı bunları dilə gətirib:
“Rəqibimiz oyunda daha çox qol imkanlarına malik idi. Onlar həmin şanslardan da lazımınca yararlandılar. Biz isə əksinə, ələ düşən imkanları xərcləməklə məşğul idik. Təəssüf ki, öz oyunumuzu göstərə bilmədik. İndi futbolçularımıza sadəcə bu məğlubiyyətdən lazımi dərslər çıxarmaq qalır”.