4 iyun 2011 11:50
Kamran Ağayev: Oyuna kimi biz kağız üzərində üstün idik
Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində üzləşdiyimiz Qazaxıstan yenilgisinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında qapıçımız Astana uğursuzluğunu belə şərh edib:
“Mən özüm də başa düşə bilmirəm ki, onlar həmin qolları bizə necə vurdular. Oyundan öncə kağız üzərində biz onlardan hər şeydə üstün idik. Amma oyunda hər şey tərsinə oldu. Mən çox təəssüflənirəm ki, belə məğlubiyyətlə üzləşdik. Çalışmalıyıq ki, Almaniya ilə oyuna bərpa olaq”.