4 iyun 2011 12:00
Foqtslu yığmamız onlara hazırlanan tortdan oldu
Məlum olduğu kimi, futbol üzrə yığmamız Qazaxıstana çarter reysi ilə yollanmışdı. Azerisport.az xəbər verir ki, Bakı-Astana-Bakı reysi üzrə hərəkət edən təyyarənin ekipajı komandamızdan bu səfər matçında qələbə gözlədiyindən hətta özləri ilə tort da aparıbmış.
Lakin Bakıdan xüsusi olaraq milli üzvləri üçün hazırlanmış bu tort elə aparıldığı kimi də geri qaytarılıb. Belə ki, komandamızın 1:2 hesablı faciəvi yenilgisindən sonra ekipaj üzvləri Berti Foqtsun komandasının həmin torta layiq olmadığı qənaətinə gəlib.
