5 iyun 2011 00:01
TFF prezidenti yeni seçkilərə qatılmayacaq
Türkiyə Futbol Federasiyasına yeni prezident seçiləcək. Azerisport.az xəbər verir ki, TFF-nin hazırkı prezidenti Mahmut Özgener növbəti seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.
Özgener bu haqda qərarını Türkiyənin Belçika ilə AÇ-2012-nin seçmə mərhələsinin səfər oyunundan sonra Brüsselə dəvət etdiyi klub prezidentləri ilə görüşündə açıqlayıb. O, bu qərarında ailə durumunu əsas gətiribi.
Bu isə o deməkdi ki, TFF-yə yeni prezident seçiləcək. Belədə hazırda TFF prezidentliyi üçün iki namizəd qalıb. Bunlardan biri “İstanbul Büyükşehir Belediyespor” klubunun prezidenti Göksel Gümüşdağdısa, digəri də federasiyada şöbə müdiri işləyən Mehmet Atalaydı.
