5 iyun 2011 00:02

Aleksandr Starkov ev məğlubiyyətinə üzüldü

"Bakı"nın baş məşqçisi Aleksandr Starkovun başçılıq etdiyi Latviya yığması AÇ-2012-nin seçmə mərhələsində məğlubiyyətlə üzləşib. Azerisport.az xəbər verir ki, Riqada İsrail millisini qəbul edən latviyalılar meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
 
Hesabı 19-cu dəqiqədə Benayun açıb. 43-cü dəqiqədə Ben Haim penaltini dəqiq yerinə yetirərək fərqi artırıb. Latviyalılar isə 62-ci dəqiqədə Aleksandr Çaunanın təsəlli qoluna sevinib.
 
Starkov bu görüşdə Premyer Liqamızda top qovan futbolçulardan AZAL-ın oyunçusu Ritus Krjauklisa start heyətində şans verib. Paytaxt klubunun futbolçusu 90 dəqiqə meydanda olub. "Xəzər Lənkəran"ın sabiq qapıçısı Denis Romanov isə matçı ehtiyat oyunçular skamiyasından izləyib.
 
Qeyd edək ki, Starkov "Qarabağ"ın oyunçusu Andrey Rubini də yığmaya çağırmışdı. Lakin sonradan zədə səbəbindən onu heyətdən kənarlaşdırmalı olmuşdu. "Bakı"nın baş məşqçisi "İnter"in oyunçusu Girt Karlsona ümumiyyətlə ehtiyac duymamışdı.
 
Qələbə sayəsində İsrail xal hesabını 13-ə yüksəldib. Latviyanın 4 xalı var və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.