4 iyun 2011 12:33
Vaqif Cavadov Bakıdakı oyuna işarə vurdu
Azərbaycan yığmasının və Hollandiyanın “Twente” klubunun hücumçusu Vaqif Cavadov AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində üzləşdiyimiz Qazaxıstan yenilgisinə (1:2) münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, Astana uğursuzluğunu belə şərh edib:
“İlk növbədə Qazaxıstanı qələbə münasibətilə təbrik edirəm. Meydanda rəqib istədiklərini daha çox həyata keçirə bilirdi, nəinki biz. Biz sadəcə öz oyun planlarımızı reallaşdıra bilmədik. Bunu Bakıdakı cavab oyununda etməyə çalışacağıq” – deyə o, UEFA-nın rəsmi saytına açıqlamasında qeyd edib.
