4 iyun 2011 13:09
Arif Əsədov: Əfran istisna olmaqla, hamısı bərbad oynadı
“Neftçi”nin baş məşqçisi Arif Əsədov Azərbaycan millisinin AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində səfərdə Qazaxıstana 1:2 hesablı yenilgisini şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Mən yığmamızın Qazaxıstana uduzacağını qətiyyən gözləmirdim. Çox uğursuz oyun alındı. Ən pis oynayan futbolçuları qeyd etmək istəməzdim. Bütövlükdə komanda bərbad oynadı. Yalnız Əfran İsmayılovu bir qədər digərlərindən fərqləndirmək olar. Vüqar Nadirovun meydana çıxması uğurlu addım idi. Amma o da oyunun sonrakı dəqiqələrində xüsusi heç nə ilə yadda qalmadı. Hesab edirəm ki, komanda Astanada ən azı 1 xal qazanmağa borclu idi”.