4 iyun 2011 00:48
Miroslav Beranek: Bu, Azərbaycan millisində alınmadı
AÇ-2012-nin seçmə mərhələsində doğma meydanda yığmamız üzərində 2:1 hesablı qələbəyə sevinən Qazaxıstan yığmasının baş məşqçisi Miroslav Beranek komandamızın oyununu dəyərləndirib. Azerisport.az xəbər verir ki, çexiyalı mütəxəssis Astanadakı görüşdə qazanılan zəfərlərinin ardından bunları dilə gətirib:
“Mən çox istəyirdim ki, futbolçularım bu qarşılaşmada özlərinə əmin olsunlar. Azərbaycan yığmasından bundan artığını gözləyirdimmi? Ola bilər. Amma mən daha çox öz futbolçularımın yaxşı oynaması haqda düşünürdüm. Bu qələbə bizim üçün gələcək oyunlarda bir motivasiya olacaq”.

Beranekin sözlərinə görə, o, hesab etmir ki, Azərbaycan onlarla görüşdə qələbəni çox istəmirdi: “Düşünmürəm ki, onlar qalib gəlməyi bizdən az istəyirdilər. Sadəcə, bu, onlarda alınmadı”.