5 iyun 2011 13:50
Berti Foqts: AFFA rəhbərliyinin emosiyalarını başa düşürəm
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bu gün AÇ-2012-nin seçmə mərhələsinin iyunun 7-də keçiriləcək Almaniya ilə oyunu öncəsi mətbuat konfransı keçirib. Azerisport.az almaniyalı mütəxəssis həmin mətbuat konfransında səsləndirdiyi fikirlərlə sizi də tanış edir.
- Mən Bakıya məğlub döndüyümüzə görə çox məyusam. İki səhv buraxdıq ki, nəticədə də qazaxlara məğlub olduq. Beynəlxalq arenada belə səhvləri bağışlamırlar. Mən yetirmələrimizdən daha yaxşı oyun və mübarizə gözləyirdim. Amma bunların heç birinə rast gəlmədim. Rəqib bizim səhvlərimizi bağışlamadı. İndi isə komandanı ağır Almaniya ilə oyuna hazırlamalıyıq.
- Qazaxıstanla oyundan sonra özünüzdən başqa hamını günahlandırırsız. Bəs özünüz üçün bunu utandırıcı hesab etmirsizmi?
- Mən heç kimi günahlandırmamışam. Futbolda məğlub da olmaq olar, bu, normaldı. Mən nəyə utanıram? Ona utanıram ki, komandam göstərməyə qadir olduğu oyunu sərgiləyə bilmir. Ona utanıram ki, meydanda sona kimi döyüşmürlər. Komandamız gənclərdən qurulub və təzyiq altında oynaya bilmir.

- Siz dediniz ki, rəqib səhvlərimizi bağışlamadı. Bəs sizin komandanız niyə qazaxların səhvlərini bağışladı?
- Mən belə deməzdim. Biz dörd qol vəziyyəti yaradıb, onların birindən yararlandıq. Onların birində rəqib qapıçı komandasını xilas etdi. Digərində futbolçumuz ötürmə etmədi. Bütün bu səhvləri öyrənib, aradan qaldırmaq lazımdı. Rəqib qapısı önündə daha soyuqqanlı davranmağımıza ehtiyac var. Son iki həftədə biz yaxşı məşq etmişdik. Futbolçular başa düşməlidilər ki, məhz məşqlərdə olduğu kimi oynamaq lazımdı.

- Düz 3 ildi deyirsiz ki, futbolçular bacardıqlarını nümayiş etdirə bilmirlər. Siz ki, məşqçisiz, nə əcəb vəziyyəti dəyişə bilmirsiz?
- Mən sizinlə razıyam. Bəzən özümə də bu sualı verirəm. Amma gəlin məsələyə digər tərəfdən baxaq: Azərbaycan ilk səfər qələbəsini kimin rəhbərliyi altında rəsmiləşdirib? Əgər kimsə məndən narazıdırsa, qoy desin. Əgər AFFA prezidenti hesab edirsə, mən komandaya lazım deyiləm, mən İstanbula ilk bileti götürərəm. Elə məhz bu gün, saat 16:00-da. Ordanda Almaniyaya gedərəm.

- AFFA prezidenti sizə nə dedi?
- Mən bilmirəm bunu mətbuata deyə bilərəm, ya yox. Rövnəq Abdullayevlə Elşad Nəsirov da emosional danışırdı və mən onları başa düşürəm. Sabah biz yüzillik yubileyi qeyd edəcəyik. Biz də futbolumuza nəsə hədiyyə etmək istəyirdik. Mən hər kəsin emosiyasını anlayıram. Futbola yatırılan investisiyaları nəzərə alsaq, bunlar təbiidi.

- Klubları nə dərəcədə günahkar hesab edirsiz?
- Avqustda klubların məşqçiləri ilə görüşəcəm. Fiziki hazırlıq problemi iki həftəyə həll olunmur.

- Biz futbolçularla danışmışıq, onlar da sizdən narazıdılar...
- (Gülümsəyir, susur).
- Siz Almaniya ilə oynayacağınıza sevinirsiz?
- Komanda bu oyuna görə sevinir. Şübhəsiz ki, onlar favoritdi.

- Beranek 8 aya Azərbaycanı yenə biləcək komanda yarada bildi. Amma siz bunu da bacarmadız...
- Biz qələbə qazana bilərdik. Sadəcə səfər oyunlarında biz aqressiv futbol sərgiləməyə alışıq deyilik. Problem bundadı. Həmin oyunda Qazaxıstan daha aqressiv oynadı, nəinki biz.
- Murad Hüseynovu yığmaya nəyə görə çağırırsız?
- Oyunçular barədə mətbuata danışmaq istəmirəm. Mən onun “Qəbələ”dəki oyununu görüb, bəyənmişəm.
- Siz demişdiz ki, Azərbaycan DÇ-2014-də çıxış etmək istəyir. Bu yöndə hazırlıqlar necə gedir?
- Mənə dünya çempionatı haqda sual veriləndə, mən də elə cavab verməyə məcbur idim. Hərdən biz məşqlərimizə böyük uğurlar qazanmış idmançıları çağırırıq. Məsələn, sonuncu dəfə Elnur Məmmədli komandayla görüşə gəlmişdi ki, bu da müəyyən psixoloji təsir vasitəsi ola bilər.

- Niyə Elnur Allahverdiyevi oynatmırdınız? Və onun yerinə niyə həmişə Rail Məlikovu qoyursuz? Axı o, solda özünü sağdakı qədər rahat hiss etmir...
- Ondan başlayaq ki, bizim sol cinahla bağlı daim problemimiz olub. Mən Raillə oynadım və dedi ki, komandaya kömək etməyə hazırdı. Elnura gəlincə, onun sağlamlıq durumu tam qaydasında deyildi. Almaniyaya qarşı oynaya biləcək.
- Amma Rail deyir ki, onun üçün solda oynamaq rahat deyil...
- O, “Neftçi”nin lideridi və inanmıram ki, elə söz deyə.
- Siz artıq avqust ayının da planlarını qurmusuz və deyəsən getməyə hazırlaşmırsız. Almaniya ilə oyundan sonra nə gözləyək?
- Avqusta qədər istirahət edəcəm. Makedoniya ilə oyun ərəfəsində hazırlığa başlayacağıq.