5 iyun 2011 14:05
Əfran İsmayılov: Almaniyaya qalib gəlmək lazımdı
Azərbaycan yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov bu gün AÇ-2012-nin seçmə mərhələsinin Almaniya ilə oyunu öncəsi keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, millimizin üzvü bunları dilə gətirib:
“Qarşıdakı oyuna kimi Qazaxıstanda qeydə alınan ağır yenilgini unutmaq çətin olacaq. Çünki rəqib də fövqəladə bir oyun sərgiləmədən qalib gəldi. İndi bizə sadəcə Almaniyaya qalib gəlmək, ən azı bir xal qazanmaq lazımdı”.
