5 iyun 2011 01:34

Neftçi`nin serbiyalı qapıçı almaq istəyi dəqiqləşdi

“Neftçi” serbiyalı qapıçı Saşa Stamenkoviçin transferini böyük ölçüdə həll edib. Azerisport.az xəbər verir ki, “Crvena Zvezda”nın qapıçısını heyətinə qatmaqda maraqlı olan Azərbaycan çempionu artıq Serbiya klubu ilə razılığa gəlib.
 
Bu barədə "Crvena Zvezda"nın idman direktoru Qoran Vasiliyeviç açıqlama verib. O, bildirib ki, yaxşı transfer haqqı təklif edən "Neftçi"nin istəyi klub rəhbərliyi tərəfindən qəbul olunub: "Klub Stamenkoviçin karyerasını "Neftçi"də davam etdirməsinə razılıq verə bilər. Hadisələrin inkişafı da hər şeyin müsbətə doğru getməsini göstərir. Biz istəyirik ki, nəticədən hər kəs razı qalsın”.
 
Qeyd edək ki, Saşa Stamenkoviç 1985-ci il təvəllüdlüdü. 26 yaşlı qolkiper uzun boyu ilə diqqəti çəkir - 1.94 m. O, karyerası ərzində yalnız Serbiya klublarında çıxış edib. 2003-2005-ci illərdə "Dubocika"da (40 oyun) forma geyinən Stamenkoviç 2005-2006 mövsümündə "Radnicki"nin (36 oyun) uğurları üçün çaşılıb. 2006-2008-ci illərdə "Napredak"ın (67 oyun) formasını geyinən qolkiper 2008-ci lidə "Crvena Zvezda"ya transfer olunub. İndiyə qədər 78 oyunda meydana çıxan Saşa 2009-2010 mövsümündə Serbiya Kubokunu başı üzərinə qaldırıb, Serbiya Super Liqasının gümüş medalını qazanıb. Bu mövsüm o, 20 oyunda komandanın formasını geyinib.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.