5 iyun 2011 01:48
Vüqar Nadirov: Buna Berti Foqts qərar verir
Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Vüqar Nadirov AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində üzləşdiyimiz Qazaxıstan məğlubiyyətini (1:2) şərh edib, eləcə də qarşıdan gələn Almaniya ilə oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Məni meydana nə vaxt buraxmaq baş məşqçinin işidi. Bütün bunlara o qərar verir. Düzdü, Qazaxıstanla oyunda qol vurdum. Amma təəssüf ki, bu qol komandamıza qələbə və ya ən azı xal gətirmədi. Biz öz şanslarımızdan lazımınca yararlana bilmədik. İndi bizə anca Almaniya ilə oyuna hazırlaşmaq qalır. Nə qədər çətin də olsa, bu görüşdə bütün gücümüzü qoyub, ən azı yaxşı oyun sərgiləməliyik”.