5 iyun 2011 14:44
Makedoniya yığmasını millimizlə oyuna Haciyevski çıxara bilər
Makedoniya yığmasının baş məşqçi postu uzun müddət Azərbaycan çalışmış Qyoko Haciyevskiyə tapşırıla bilər. Azerisport.az xəbər verir ki, bu ölkə yığmasının AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində İrlandiyaya məğlubiyyətindən sonra mətbuatda hazırlı baş məşqçiyə əvəzləyici axtarıldığı barədə məlumatlar dolaşmağa başlayıb.
Bu posta namizədlərdən biri də məhz Haciyevskidi. Xatırladaq ki, bu mütəxəssis “Bakı” və “Simurq”dakı fəaliyyəti ilə futbolsevərlərimizə yaxşı tanışdı. Son mövsüm Zaqatala klubunu elitada saxlaya bilmədiyi üçün istefa verərək vətəninə yollanan makedoniyalı mütəxəssis vaxtilə milli komandamızı da çalışdırıb.
Sonda onu da əlavə edək ki, Haciyevski Makedoniya yığmasının sükanı arxasına keçsə, millimizlə qarşılaşmaq hüququ qazanacaq. Belə ki, bu il avqustun 10-da, Bakı şəhərində Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Qarşılaşmanın başlanma saatı isə hələlik dəqiqləşməyib.
