5 iyun 2011 03:30
Braziliya və Hollandiya sülh bağladı, ispanlar ABŞ-ı darmadağın etdi
Avropanın yaşıl meydanlarında AÇ-2012-nin seçmə mərhələ həyəcanı yaşanarkən, bəzi aparıcı ölkə yığmaları da qüvvələrini sınaq matçlarında yoxlayıb. Azerisport.az xəbər verir ki, ötən gecə 3 belə qarşılaşma oynanılıb.
AÇ-2012-nin seçmə mərhələsində oyunu olmayan Çexiya doğma meydanda Perunu qəbul edib. Lakin tərəflər 90 dəqiqə ərzində qapılara yol tapa bilməyiblər.
Braziliya isə Hollandiya ilə qarşılaşmada qüvvəsini sınayıb. Lakin bu maraqlı və prinsipial görüşdə də qalibi müəyyənləşdirmək mümkün olmayıb.
Son dünya çempionu İspaniya isə ABŞ millisiylə qarşılaşıb. İspanlar elə ilk yarıdaca 3 qol vuraraq, demək olar ki, görüşün taleyini həll ediblər. Fasilədən sonra isə Torres hesabı daha da faciəvi həddə çatdırıb.
Yoldaşlıq oyunları
4 iyun
Çexiya – Peru – 0:0
Braziliya – Hollandiya – 0:0
ABŞ – İspaniya – 0:4
Qollar: Kasorla, 28; 41, Neqredo, 32, Torres, 73.
