5 iyun 2011 15:40
FİFA, UEFA və AFFA prezidentlərinin birgə mətbuat konfransı
FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini və AFFA-nın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbir Azərbaycan futbolunun 100 illik yubileyinə və 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə ölkəmizdə keçiriləcək dünya çempionatına həsr olunacaq.
Mətbuat konfransı sabah - iyunun 6-da, saat 18:30-da, “Excelsior” otelində təşkil olunacaq.
