5 iyun 2011 15:46
Almaniya millisi Bakıya sabah gələcək
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 7-də millimizlə qarşılaşacaq Almaniya yığması Bakıya sabah - – iyunun 6-da gələcək. Azerisport.az xəbər verir ki, Bundestim paytaxtımıza saat 16:05-də çatacaq.
Həmin gün saat 19:30-da, “Hyatt Regency” otelində Almaniya millisinin baş məşqçisi Yoahim Lövün mətbuat konfransı olacaq. Saat 21:00-da isə Tofiq Bəhramov adına Respublika stadionunda bundestimin ilk 15 dəqiqəsi yalnız mətbuat nümayəndələri üçün açıq məşqi (azarkeşlər məşqə buraxılmayacaq) olacaq.
Qeyd edək ki, Azərbaycan – Almaniya matçı iyunun 7-də, saat 22:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
