6 iyun 2011 00:01
“Bu məğlubiyyəti həzm etmək mümkün deyil”
Azərbaycan yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadiqov AÇ-2012-nin seçmə mərhələsinin Almaniya ilə oyunu öncəsi keçirilən mətbuat konfransında Qazaxıstana məğlubiyyətimizi (1:2) şərh edib. Azerisport.az xəbər verir ki, millimizin üzvü bunları dilə gətirib:
“Bu məğlubiyyəti həzm etmək mümkün deyil. Amma dünyanın sonu da deyil. Meydanın süni örtüklü olması da bizə çətinlik yaratdı. Bunu unutmaq çətin olacaq. Rəqib oyunçu arxadan futbolkamdan tutub məni saxladı. Ona görə dayandım. Hakimlərdən narazılıq etmirəm. Ancaq həmin epizodda referi başqa yerə baxırdı”.
