6 iyun 2011 00:07

İlham Əliyev Blatter və Platinini qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev FİFA-nın prezidenti Yozef Blatteri və UEFA prezidenti Mişel Platinini qəbul edib. Azerisport.az xəbər verir ki, dövlət başçısı Yozef Blatteri növbəti dəfə FİFA-nın prezidenti seçilməsi münasibətilə təbrik edib və bu yüksək posta seçildikdən sonra ilk səfərini Azərbaycana etməsinin önəmini qeyd edib.
 
Prezident İlham Əliyev Yozef Blatteri dünya futbol ictimaiyyətinin böyük dəstəyi ilə FİFA-nın prezidenti seçilməsinə toxunaraq bunu onun rəhbərliyi ilə FİFA-nın səmərəli fəaliyyətinin nəticəsi kimi qiymətləndirib. Dövlətimizin başçısı Yozef Blatterlə Bakıda və Surixdə keçirdiyi görüşləri xatırladıb. Azərbaycan futbolunun 100 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər etdiyinə görə Yozef Blatterə təşəkkürünü bildirən Prezident İlham Əliyev onun səfərinin maraqlı və uğurlu olacağına əminliyini bildirdi.
 
FİFA-nın prezidenti Yozef Blatter ölkəmizə yenidən səfər etməsindən və Azərbaycan Prezidenti ilə görüşündən məmnunluğunu ifadə edib. O, Azərbaycan futbolunun 100 illiyi münasibəti ilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizə dəvət olunduğuna görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
 
Yozef Blatter və Mişel Platini Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim ediblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.