6 iyun 2011 00:10
Beşiktaş Bobo və Ferrariyə qapını göstərdi
Türkiyənin “Beşiktaş” klubu iki futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, qardaş ölkədə bu yayın ən fəal transfer siyasəti yürüdən komandası olan “ağ-qaralar”ın əsas heyət oyunçularından Bobo və Ferrarinin növbəti mövsüm İstanbul klubunda çıxış etməyəcəyi dəqiqləşib.
Bu haqda açıqlamanı ötən gecə klubun prezidenti Yıldırım Demirören özü verib. O, telekanallardan birincə verdiyi açıqlamada bildirib ki, Bobo ilə yollarını ayırdıqları dəqiqləşib. Bununla yanaşı o, Ferrari üçün də özünə klub tapmasını tapşırdıqlarını ifadə edib.
Qeyd edək ki, “Beşiktaş” artıq bu yay 7 yeni transfer həyata keçirib və davamının da olacağı bildirilir. Belədə komandadan gedənlərin də olacağı istisna olunmurdu. Onlardan ikisi artıq bilinsə də, yenə gedənlər ola bilər.
