5 iyun 2011 11:52
Berti Foqts Türkiyə millisini çalışdıra bilr
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Türkiyə yığmasını çalışdıra bilər. Azerisport.az xəbər verir ki, “ay-ulduzlular”ın hazırkı baş məşqçisi Qus Hiddink İngiltərənin “Chelsea” klubunun təklifini qəbul etsə, o zaman Türkiyə Futbol Federasiyasının ona əvəzləyici gözüylə baxdığı mütəxəssislərdən biri də Foqtsdu.
Qeyd edək ki, bu haqda iddianı Almaniya mətbuatı yayıb. Onların yazdığına görə Qazaxıstana uduzmaqla tənqidləri daha da çoxaldan Berti Almaniya ilə ev oyununda da biabırçı oyun sərgiləyib, darmadağın olsa, onun istefası qaçılmaz olacaq. Belədə o, azad agentə çevriləcək.
(Bild)
