6 iyun 2011 12:22
Löv millimizlə oyuna daha iki futbolçu çağırdı
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv sabah keçiriləcək millimizlə AÇ-2012-nin seçmə oyununa daha iki futbolçu dəvət edib. Azerisport.az xəbər verir ki, bu gün Bakıya gələcək Bundestimin heyətinə “Hoffenhaim”dan Sebastyan Rudi və “Mainz”dan Lyuiza Holtbini də daxil edib.
Qeyd edək ki, Almaniya yığmasında Tim Vize, Kristian Traş, Sven Bender, Bastian Şvaynştayger, Miroslav Kloze və Marko Roys iyunun 7-də millimizə qarşı oyunda forma geyinə bilməyəcəklər. Bunlardan əlavə Sami Xediranın da qarşıdakı görüşdə iştirakı sual altındadı. Bu üzdən də heyətdə cəmi 15 futbolçu qalmışdı ki, onlardan da ikisi qapıçı idi.
