6 iyun 2011 13:08
Yoahim Löv Foqtsun yalanına münasibət bildirdi
Almaniya millisinin baş məşqçisi Yoahim Löv Azərbaycan jurnalistlərinin etiraz aksiyasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, sabah rəqibimiz olacaq alman məşçqçi Berti Foqtsa qarşı aksiyadan təəccüblənib:
"Nəticələrdən asılı olmayaraq, baş məşqçinin hücuma məruz qalması yolverilməzdi. Ola bilsin, Qazaxıstana məğlubiyyət zəif nəticədi. Amma Azərbaycan millisi Türkiyə yığmasını məğlub edib. Bu da onların inkişafından xəbər verir və Foqtsun fəaliyyəti ilə sıx bağlıdı. Ona görə də jurnalistlərin belə hərəkəti sürprizdi", deyə Löv bildirib.
