6 iyun 2011 13:14
Tomas Müller: Azərbaycanla oyun öncəsi arxayınlıq yoxdu
Almaniya yığmasının və Münhenin “Bayern” klubunun hücumçusu Tomas Müller AÇ-2012-nin sabah keçiriləcək Azərbaycanla oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, son dünya çempionatının ən yaxşı oyunçularından biri seçilən Müller Bakı sınağı ərəfəsində bunları bildirib:
“Biz artıq tamamilə Bakıda keçiriləcək oyuna konsentrasiya olmuşuq. Çünki bu qarşılaşma hazırkı mövsüm üçün bizim son oyunumuz olacaq. Rəqibə qarşı hansısa arxayınlaşmaqdan söhbət gedə bilməz. Əminəm ki, hər şey bizim qələbəmizlə yekunlaşacaq”.