6 iyun 2011 13:22
XL daha bir rumın futbolçu aldı (FOTO)
“Xəzər Lənkəran” daha bir rumıniyalı futbolçunun keçidini həll edib. Azerisport.az xəbər verir ki, “CFR Cluj”un şərəfini qoruyan Kristian Bud bundan sonra cənub təmsilçisinin uğurları üçün tərk tökəcək.
Qeyd edək ki, bu futbolçu lənkəranlılara havayı başa gəlib. Rumıniya mətbuatının iddiasına görə, Budun klubu ilə müqaviləsinin müddəti bitdiyindən azad agentə çevrilibmiş.
Maraq üçün vurğulayaq ki, hücumçu olan Kristian 1986-cı ilə təvəllüdlüdü. O, “CFR Cluj”dan öncə “Liberty Salonta” (52 oyunda 25 qol) və “Gaz Metan” (32 oyunda 11 qol) klublarında da top qovub.
