6 iyun 2011 00:32
Arda: Azərbaycanla oyunda mən kreslonu yumruqlayırdım
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Türkiyə yığmasının və “Galatasaray”ın yarımmüdafiəçisi Arda Turan maraqlı açıqlamalar verib. Azerisport.az xəbər verir ki, qardaş ölkə yığmasının aparıcı ulduzlarından olan futbolçu Belçika ilə səfər qarşılaşmasında alınan bir xala görə sevindiyini gizlətməyib:
“Milli komandaya faydalı olmağa çalışıram. Burak Yılmazın vurduğu qolda ötürməni verdim. Rəqib futbolçular məni elə də tanımırdılar, tanımış oldular. Penalti epizodunda çox üzülsəm də, sonda Allahın köməyi ilə hər şey bizim üçün yaxşı bitdi. Qazanılan 1 xal bizim üçün çox yaxşı nəticə oldu. Ən azı Belçika ilə ikili mübarizədə onlardan üstün olduğumuzu göstərdik”.

Arda qarşıdakı oyunlarda digər rəqibləri kimi Azərbaycan millisinə də heç bir şans tanımayıb: “Qalan 4 matçın 3-nü evimizdə oynayacağımızı nəzərə alsaq, bu, bizim üçün böyük üstünlükdü. 12 xal toplaya bilərik. Ən yaxşı ikinci olaraq AÇ-2012-yə gedə bilərik”.
“Ay-ulduzlular”ın yenildiyi Almaniya və Azərbaycan matçlarını zədə səbəbindən buraxan Arda Turan bu qarşılaşmaları televizordan izlərkən keçirdiyi hissləri də paylaşıb: “Bu iki matçan sonra “artıq DÇ-2014-ü düşünək” deyənlər də var idi. Mən isə belə açıqlamaları eşidəndə evdə kreslonu yumruqlayırdım. İnsanların niyə AÇ-2012-ni hədəf olaraq görmədiyini anlaya bilmirdim. Amma inşallah Avropa Çempionatında biz də olacağıq”.