6 iyun 2011 14:28
Aslan Kərimov: Qarabağ mənə qalmağı təklif etmədi
Azərbaycan futbolunun veteran nümayəndələrindən olan Aslan Kərimov azerisport.az saytına müsahibəsində millimizin səfərdə Qazaxıstana biabırçı yenilgisindən danışıb. Lakin öncə o, gələcək karyerası ilə bağlı suallarımızı cavablandırıb:
- Siz artıq oyunçu karyeranızı başa vurdunuz. Artıq yeni iş yeriniz məlumdu?
- Hesab edirəm ki, karyeramı başa vurmaqla düzgün addım atmış oldum. Artıq tezliklə 39 yaşım tamam olacaq. Orqanizm də artıq bu yüklənməni götürə bilmir. Düşünürəm ki, Premyer Liqada yaxşı oynaya bilmərəm və ən yaxşısı getməkdi. Gələcək taleyimlə bağlı bir variant var. Bizim birgə fəaliyyət göstərdiyimiz məşqçi kurslarında təlimatçımız olan almaniyalı Nikolay Adam mənlə birgə çalışmağı arzulayır. Axı o, 15 və 16 yaşlılardan ibarət yığmamızın baş məşqçisidi. O, məni AFFA-da dəvət etmişdi və bunu bilirlər. AÇ-2012-nin oyunlarına görə yerdə qalan texniki problemlər iyunun 7-də həllini tapacaq. Böyük ehtimalla tezliklə fəaliyyətə başlayacam. Əlbəttə, maliyyə baxımından çox itirirəm. Axı futbolçu kimi daha çox qazanırdım, nəinki belə. Amma gələcək üçün indidən təcrübə toplamaq da lazımdı.

- Amma eyni zamanda “Gəncə”dən də təklif aldığınız deyilir...
- Diqqətlərinə görə təşəkkür edirəm. Onlar mənə bir illik müqavilə təklif etməyə hazır idilər. Amma mən karyeramı bitirməyə qərar verdim. Qorxuram ki, ümidləri doğrulda bilmərəm. Ona görə də düzgün qərar qəbul etdiyimi düşünürəm.
- Amma sizdən fərqli digər veteran futbolçumuz Mahmud Qurbanov gəncəlilərin dəvətini qəbul edib...
- Çox şey orqanizmdən asılıdı. Həm də Mahmudun meydandakı işi tam fərqlidi. O, mərkəzdə oynayır, işi ötürmə verməkdi. Mən isə müdafiədə oynadığım üçün təzyiq çox olur. Çox qaçmaq lazım gəlir.
- Bu yaxınlarda Zaur Tağızadə “Qarabağ”ın məşqçisi oldu. Siz də Ağdam klubunda məşqçi kimi qala bilməzdiz?
- Tağızadə Azərbaycan futbol tarixinin ən yaxşı futbolçularından biri olub. Onun “Qarabağ”da işləməsinə ancaq sevinə bilərəm. Hesab edirəm ki, o, çoxdan məşqçiliyə başlamalı idi. Mənə gəlincə, belə təklif olmadı.

- Birinci divizion komandasında işləməyə razı olardız?
- Niyə də yox? Mən indi məşqçilik təcrübəsi toplamalıyam. Hansısa təcrübəli mütəxəssisin yanında işləməyin də əleyhinə deyiləm. Mənim üçün Premyer Liqa və birinci divizion arasında da fərq yoxdu. Əsas işləmək və öyrənməkdi.

- Millimizin Qazaxıstana yenilgisini necə qarşıladınız?
- Komanda imkanlarından çox aşağı səviyyədə çıxış etdi. Bütövlükldə hamısı pis oynadı. Ola bilər ki, süni örtükdə oynadıqları üçün belə oldu. Və ya çoxdan bir yerdə oynamamaları təsir göstərdi. Ola bilər ki, mövsümün sonu olduğundan yorğunluq sözünü dedi. Çoxlu nüanslar aar. Mənə bu haqda danışmaq elə də asan deyil. Çünki komandanın düşərgəsində olmamışam.
- Siz komandamıza haqq qazandırırsız?
- Xeyr. Məğlubiyyətdən sonra komandanı necə təmizə çıxarmaq olar ki? Amma uşaqlar daha çox şeyə qadirdilər. Qazaxlar bizdən yaxşı deyillər. Həm komanda, həm də fərdi planda. Niyə meydanda qələbə qazanmaq istəyimiz onlardan az olmalıdı ki? Qazaxıstanı məğlub etməliydik. İndi qarşıda çətin Almaniya ilə oyun var. Bu yenilgini unudub, almanlarla duelə hazırlaşmaq lazımdı. Ən azı layiqli mübarizə aparmaq olar.

- Avrokuboklardakı iştirakçılarımızdan nə gözləyirsiz?
- Bu sahədə ən təcrübəli klubumuz “Qarabağ”dı. Ağdamlılar son iki ildə Avropada ümidlərimizi doğruldurlar. Onlar artıq heç də az olmayan təcrübə qazanıblar. Amma çox şey püşkatmadan asılı olacaq. Yenə ən yaxşı şans Qurban Qurbanovun komandasında olacaq. Onlarla yanaşı qalan klublarımıza da uğurlar arzulayıram. “Xəzər Lənkəran”la “Neftçi”dən də uğur gözləyirəm. Hər iki komandanın güclü heyəti var. AZAL-a gəlincə, onlar üçün bir qədər çətin olacaq. Mənə elə gəlir ki, onlar avrokuboklar öncəsi heyətlərini gücləndirməlidilər.