6 iyun 2011 14:42
Abşeron`un taleyinə sabah aydınlıq gələcək
Azərbaycan Premyer Liqasının debütantı “Abşeron” klubunun sabah mövsümöncəsi toplantısı keçiriləcək. Azerisport.az xəbər verir ki, toplantıda 2010/2011-ci ilin mövsümünə yekun vurulacaq, icarə əsasında olan futbolçuların gələcək taleyinə aydınlıq gətiriləcək, komandanın Premyer Liqaya çıxmasında əməyi olan bütün üzvləri ilə gələcək əməkdaşlığın detalları müəyyənləşdiriləcək, yeni transferlər barədə klubun prezidenti Yaşar Rüstəmovla fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, “Abşeron” komandasının bir neçə üzvü müxtəlif yaş qruplarında milli komandadakı çıxışıyla əlaqədar toplantının iyunun 7-də keçirilməsi planlaşdırılıb.
