6 iyun 2011 15:27
Löv: Unutmaq olmaz ki, Azərbaycan Türkiyə yığmasını məğlub edib
Sabah AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Almaniya yığmasının baş məşqçisi Yoahim Löv bu oyun öncəsi maraqlı açıqlamalar verməkdə davam edib. Azerisport.az xəbər verir ki, Bundestimin çalışdırıcısı komandamızdan ehtiyatlandığını dilə gətirib:
“İnanıram ki, oyunçularım Azərbaycanla qarşıdakı oyunda da öz vəzifələrinin öhdəsindən layiqincə gələ biləcəklər. Biz bütün gücümüzü toplamağa çalışmalıyıq ki, bu görüşdə də qələbə qazanaq. Unutmaq olmaz ki, Azərbaycan Bakıda Türkiyə yığmasını məğlub edib. Onlar evdə elə də çox qol buraxmırlar”.