6 iyun 2011 16:38
“Almaniya Azərbaycanla oyunun favoritidi”
İngiltərə yığmasının sabiq hücumçusu Ceffri Herst sabah keçiriləcək AÇ-2012-nin seçmə mərhələsinini Azərbaycan – Almaniya oyunu ilə bağlı proqnozunu açıqlayıb. Azerisport.az xəbər verir ki, futbolumuzun 100 illik yubiley tədbirlərində iştirak etmək üçün Bakıda olan veteran futbolçu bu oyunla bağlı aşağıdakıları dilə gətirib:
“Almaniya və Azərbaycan FİFA reytinqində bir-birindən çox aralıdq yerləşir. Təbii ki, almanlar bu qarşılaşmanın əsas favoritidi. Mən əminəm ki, Almaniya səfərdə qələbə qazanacaq. Amma Azərbaycan da rəqibinə müqavimət göstərə bilər”.

Xatırladaq ki, 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə yığmasının vurduğu və məhz Tofiq Bəhramovun oyunun baş hakiminə işarəsindən sonra hesaba alınmış qolun müəllifi Ceff Herst olub.