6 iyun 2011 16:49
Bəhramovun üzdüyü qapıçı millimizə şans tanımadı
Almaniya yığmasının sabiq qapıçısı Hans Tilkovski sabah keçiriləcək AÇ-2012-nin seçmə mərhələsinini Azərbaycan – Almaniya oyunu ilə bağlı proqnozunu açıqlayıb. Azerisport.az xəbər verir ki, futbolumuzun 100 illik yubiley tədbirlərində iştirak etmək üçün Bakıda olan veteran futbolçu bu oyunla bağlı aşağıdakıları dilə gətirib:
“Biz yığmanızla qarşılaşmanın əsas favoritiyik. Baxmayaraq ki, heyətimizdə bir sıra itkilər var. Foqtsun komandası bizə qarşı uğurlu çıxış etməyə çalışacaq. Hər halda maraqlı oyun gözləyirəm. Almaniyanın qələbə qazanması daha yaxşı olardı, nəinki xal itkisi”.
Xatırladaq ki, 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə yığmasının vurduğu və məhz Tofiq Bəhramovun oyunun baş hakiminə işarəsindən sonra hesaba alınmış qolun müəllifi Ceff Herstin məyus etdiyi Almaniya millisinin qapıçısı Hans Tilkovski olub.
