6 iyun 2011 17:06
Herst və Tilkovski Tofiq Bəhramovu yad etdi (FOTOLAR)
Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Bakıya gələn qonaqların arasında ingiltərəli futbol veteranı Ceff Herst və almaniyalı futbol veteranı Hans Tilkovskinin də olduğunu xəbər vermişdik. Azerisport.az xəbər verir ki, hər iki veteran futbolçu bu gün Respublika stadionunun qarşısında Tofiq Bəhramovun abidəsini ziyarət edərək, mərhum hakimin ailə üzvləri ilə xatirə şəkli çəkdiriblər
Xatırladaq ki, 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə yığmasının vurduğu və məhz Tofiq Bəhramovun oyunun baş hakiminə işarəsindən sonra hesaba alınmış qolun müəllifi Ceff Herst olub. Həmin oyunda Almaniya millisinin qapısını isə Hans Tilkovski qoruyub.
