6 iyun 2011 17:30

Blatter Azərbaycan millisinə DÇ-də uğur arzuladı (FOTOLAR)

Xəbər verdiyimiz kimi, bu gün Mərdəkan qəsəbəsində AFFA Futbol Mərkəzinin nəzdində inşa olunmuş “Dalğa Arena”nın açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişal Platini, AFFA-nın prezidenti Rövnəq Abdullayev, FİFA və UEFA-nın nümayəndə heyətinin, həmçinin ölkə futbol ictimaiyyətinin üzvləri iştirak edib.
 
Y.Blatter, M.Platini və R.Abdullayev «Dalğa Arena»nın qarşısındakı rəmzi qırmızı lenti kəsiblər. Sonra FİFA, UEFA və AFFA nümayəndələri stadiona baxış keçiriblər. Meydana daxil olan qonaqlar burada aşağı yaş qruplarından ibarət yığmaların məşqini izləyiblər. FİFA, UEFA və AFFA prezidentləri üzərində rəhbərlik etdikləri futbol qurumlarının loqotipləri əks olunmuş böyük ölçülü şarların bərkidildiyi ipi kəsiblər. FİFA-nın prezidenti meydanda məşq edən 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvlərinə yaxınlaşaraq baş məşqçi Sissi Rayta və rəhbərlik etdiyi komandaya 2012-ci ildə Azərbaycanda təşkil olunacaq 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatında uğurlar arzulayıb, dünya çempionatı zamanı növbəti dəfə ölkəmizə səfər edəcəyini bildirib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.