6 iyun 2011 17:48
İnter rəsmən açıqladı
Xəbər verdiyimiz ki, yeni mövsümə hazırlıq çərçivəsində "İnter"in iki təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulub. Azerisport.az xəbər verir ki, artıq iyunun 23-dən iyulun 11-nə kimi nəzərə tutulan ilk təlim-məşq toplanışının məkanı məlumdu.
"Bankirlər"in ilk toplanışı Türkiyənin İsparta şəhərində keçiriləcək. Qeyd edək ki, komanda İsparta şəhərinin hava limanının 50 kilometr aralığında yerləşən "Sirene Devras" otelində məskunlaşacaq.
Əlavə edək ki, bu təlim-məşq toplanışı çərçivəsində bir neçə hazırlıq oyunlarının keçirilməsi də planlaşdırılır. Bu oyunlarda komandanın rəqiblərin adları yaxın vaxtda bilinəcək.
