6 iyun 2011 18:14
Mişel Platinini Bakıda nə təəccübləndirdi?
UEFA prezidenti Mişel Platini 65 minlik azarkeş tutumuna malik Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimində Azərbaycan futbolu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, qitə futbol qurumun rəsmisi bunları dilə gətirib
“Azərbaycan futbolunun tarixi mənə elə də məlum deyil. Ancaq bu ölkədə futbola olan maraq və qayğı mənim çox xoşuma gəldi. Dövlət idmana, xüsusilə də futbola böyük dəstək göstərir. Mən yaxşı mənada burda gördüyüm şəraitdən təəccübləndim. Hazırda Bakıda gördüyüm şərait vaxtilə mən futbolçu olduğum dövrlərdə yox idi. Azərbaycan futbolunun parlaq gələcəyinə inanıram”.