6 iyun 2011 19:11
Qarabağ Avroliqanın hazırlıqlarına start verdi
“Qarabağ” yeni mövsümə start verib. Azerisport.az xəbər verir ki, ötən mövsümü bürünc medallarla bitirən Ağdam klubu 2011-2012 mövsümünün hazırlıqlarına hamıdan tez başlayıb.
Dünən bazada toplaşana futbolçular , bu gün 2 məşqlə kifayətləniblər. Komanda bu minvalla ayın 8-nə kimi Bakıda məşq edəcək. İyunun 9-da isə “Qarabağ” Avropa Liqası öncəsi təlim-məş toplanışı üçün Türkiyəyə yollanacaq. Komanda iyunun 23-nə kimi Ankara yaxınlığında yerləşən Qızılcahamamda təlim-məşq toplanışı keçəcək.
Xatırladaq ki, “Qarabağ” məşqlərə başlasa da, heç də tam heyətlə məşq edə bilmir. Nderim Nedzipi və Bojan Pavloviç artıq “Qarabağ”ın düşərgəsindədi. Fərqli millinin düşərgələrində olan 10-dan çox futbolçu isə toplanışa bir qədər gec qatılacaq. Milli futbolçulara komandanın baş məşqçisi Qurban Qurbanov ayın 13-nə kimi istirahət verib.
