8 iyun 2011 01:24
Estonların Farer, finlərin İsveç rüsvayçılığı (YENİLƏNİB)
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində daha bir neçə qrupda maraqlı oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, millimizin Almaniya ilə qarşılaşdığı gündə C, D və E qruplarında ümumilikdə 5 qarşılaşma baş tutub.
C qrupunda cəmi 1 görüş keçirilib. Qələbə üzünə həsrət olan Farer adaları evdə “İnter”in oyunçusu Dmitri Kruqlovun da heyətində yer aldığı Estoniya yığmasını qəbul edib. Cırtdan ölkə təmsilçisi tarixinin ən böyük zəfərlərindən birinə imza ataraq, Estoniyanı iki cavabsız qolla məğlub etməyi bacarıb.
D qrupunda Belarus qrupun autsayder Lüksemburqla dueldə növbəti qələbəsini rəsmiləşdirib. Qeyd edək ki, bu görüşü Anar Salmanovun rəhbərlik etdiyi azərbaycanlı hakimlər briqadası idarə edirdi. Hər komandadan bir futbolçuya sarı vərəqə göstərən Salmanov qarşılaşmanın nəticəsinə də yaxından təsir edib. Belə ki, meydan sahibləri qarşılaşmada hesabı məhz Anarın təyin etdiyi penalti nəticəsində açıblar. Demək olar ki, eyni xala malik olan Bosniya-Herseqovina ilə Albaniyanın dueli daha maraqla gözlənilirdi ki, bu görüşdə də meydan sahibləri iki cavabsız qolla qələbə qazanıblar.
E qrupunda isə İsveç AÇ-yə yollanmaq şanslarını çətinə salmamaq üçün Finlandiyanı məğlub yola salmalıydı. İbrahimoviçin het-trikə imza atdığı qarşılaşmada meydan sahibləri finləri rüsvay ediblər. San Marino isə Macarıstanla dueldə sadəcə ilk xalını qazanmağa ümid etsə də, buna nail ola bilməyib.
AÇ-2012-nin seçmə mərhələsi
7 iyun
C qrupu
Farer adaları - Estoniya - 2:0 (1:0)
Qollar: Benyaminsen, 43-pen, Hansen, 48.
Qırmızı vərəqə: Puri, 57 (Estoniya), Justinussen, 89 (Farer adaları)
| 1 | İtaliya | 6 | 5 | 1 | 0 | 14 | - | 1 | 16 |
| 2 | Sloveniya | 7 | 3 | 2 | 2 | 9 | - | 4 | 11 |
| 3 | Serbiya | 6 | 2 | 2 | 2 | 8 | - | 9 | 8 |
| 4 | Estoniya | 7 | 2 | 1 | 4 | 7 | - | 11 | 7 |
| 5 | Şimali İrlandiya | 5 | 1 | 3 | 1 | 3 | - | 3 | 6 |
| 6 | Farer adaları | 7 | 1 | 1 | 5 | 5 | - | 18 | 4 |
D qrupu
Belarus - Lüksemburq - 2:0 (0:0)
Qollar: Kornilenko, 48-pen, Putsila, 73.
Sarı vərəqə: Varankov, 38 (Belarus), Payal, 46 (Lüksemburq)
Bosniya-Herseqovina - Albaniya - 2:0 (0:0)
Qollar: Medunjanin, 68, Maletiç, 90+1.
Qırmızı vərəqə: Lila, 86 (Albaniya).
| 1 | Fransa | 6 | 4 | 1 | 1 | 9 | - | 2 | 13 |
| 2 | Belarus | 7 | 3 | 3 | 1 | 6 | - | 2 | 12 |
| 3 | Bosniya-Herseqovina | 6 | 3 | 1 | 2 | 8 | - | 7 | 10 |
| 4 | Rumıniya | 6 | 2 | 2 | 2 | 8 | - | 6 | 8 |
| 5 | Albaniya | 6 | 2 | 2 | 2 | 4 | - | 6 | 8 |
| 6 | Lüksemburq | 7 | 0 | 1 | 6 | 1 | - | 13 | 1 |
E qrupu
İsveç - Finlandiya - 5:0 (3:0)
Qollar: Kallstrom, 11, İbrahimoviç, 31, 35; 53, Bayrami, 83.
San Marino – Macarıstan - 0:3 (0:1)
Qollar: Liptak, 41, Szabics, 49, Koman, 83.
| 1 | Hollandiya | 6 | 6 | 0 | 0 | 21 | - | 5 | 18 |
| 2 | İsveç | 6 | 5 | 0 | 1 | 20 | - | 6 | 15 |
| 3 | Macarıstan | 7 | 4 | 0 | 3 | 18 | - | 13 | 12 |
| 4 | Moldova | 6 | 2 | 0 | 4 | 7 | - | 9 | 6 |
| 5 | Finlandiya | 6 | 2 | 0 | 4 | 11 | - | 11 | 6 |
| 6 | San Marino | 7 | 0 | 0 | 7 | 0 | - | 33 | 0 |
