8 iyun 2011 19:54
Ramiz Məmmədovun komandası liderə də məğlub oldu (YENİLƏNİB)
Bu gün Qazaxıstan çempionatında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı baş məşqçi Ramiz Məmmədovun çalışdırdığı “Atırau” səfərdə “Astana” ilə münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, bu komanda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşmışdı. Geridə qalan 13 oyunda 8 qələbə qazanıb, 3-də heç-heçə edən Astananın eyniadlı təmsilçisi zirvədəki yerini qorumaq üçün mütləq həmyerlilərimizin komandasını yenməyi hədəfləmişdi. Onlar bu istəklərinə çatdılar. Amma son dəqiqələrdə iki qol vurmağı bacaran həmyerlilərimizin komandası ən azı bir xal qazanmaq imkanına da malik idi.
Maraq üçün xatırladaq ki, bu komandalar arasındakı ilk görüş 9-cu turda “Atırau”nun meydanında keçirilmişdi və tərəflər qolsuz heç-heçəyə razılaşmışdılar.
Həmyerlilərimizin komandasına gəlincə, “Atırau” bu oyun ərəfəsində 15 xalla 7-ci pillədə qərarlaşsa da, son yenilgi komandanın daha da geriləməsinə gətirib çıxarıb. Belə ki, Məmmədovun yetirmələri ilk altılığa düşmək şanslarını daha da pisləşdirməklə yanaşı, "Tobol" və "Taraz"ı da önə buraxıb.
Qazaxıstan Superliqası
14-cü tur
8 iyun
ASTANA – ATIRAU - 3:2 (2:0)
Qollar: Rojkov, 22, Jumaskaliyev, 35, Nuserbayev, 68 - Yakovlev, 75, Aleynikov, 80.
| 1 | Astana | 14 | 9 | 3 | 2 | 21 | - | 14 | 30 |
| 2 | Jetısu | 14 | 8 | 4 | 2 | 22 | - | 8 | 28 |
| 3 | Aktobe | 13 | 8 | 2 | 3 | 23 | - | 11 | 26 |
| 4 | Şaxtyor | 14 | 8 | 2 | 4 | 23 | - | 13 | 26 |
| 5 | İrtış | 14 | 7 | 2 | 5 | 25 | - | 20 | 23 |
| 6 | Ordabası | 14 | 6 | 3 | 5 | 17 | - | 11 | 21 |
| 7 | Tobol | 14 | 5 | 2 | 7 | 22 | - | 20 | 17 |
| 8 | Taraz | 14 | 5 | 0 | 9 | 10 | - | 16 | 15 |
| 9 | Atırau | 14 | 3 | 6 | 5 | 12 | - | 17 | 15 |
| 10 | Kayrat | 14 | 4 | 2 | 8 | 15 | - | 23 | 14 |
| 11 | Kaysar | 14 | 2 | 3 | 9 | 8 | - | 30 | 9 |
| 12 | Vostok | 13 | 1 | 5 | 7 | 9 | - | 24 | 8 |
