6 iyun 2011 21:46
Almaniyanın millimizlə oyun üçün start heyəti
Almaniya yığmasının sabah keçiriləcək Azərbaycanla AÇ-2012-nin seçmə mərhələ oyunu üçün əsas heyəti müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu gün Bundestimin Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan son məşqində rəqib komandanın sabahkı oyun üçün start heyətini müəyyənləşdirmək mümkün olub.
Belə ki, Yoahim Löv böyük ehtimmalla millimizə qarşı bu heyətlə mübarizə aparacaq: Manuel Noyer, Filip Lam, Arne Fridrix, Mats Hummels, Marsel Şmelser, Toni Kroos, Tomas Müller, Lyuis Holtbi, Lukas Podolski, Mesut Özil, Mario Qomes.
Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu sabah saat 22:00-da start götürəcək.
