6 iyun 2011 22:08
Lövdən azərbaycanlı jurnalistlərə növbəti hörmətsizlik
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv növbəti dəfə azərbaycanlı jurnalistlərin qarşısına çıxmaqdan imtina edib. Azerisport.az xəbər verir ki, rəqib komandanın baş məşqçisi bu gün Bakıda keçirilən mətbuat konfransına qatılmamaqla yenə yerli jurnalistlərə qarşı hörmətsizlik edib.
Belədə Lövü Almaniya yığmasının meneceri Oliver Birhoff əvəzləyib. O, baş məşqçinin mətbuat konfransına qatılmamasını belə izah edib: "O, son günlərdə mətbuata çox müsahibə verib. İndi bütün fikirləri Azərbaycanla oyuna yönəldib. Amma oyundan sonra sizin qarşınıza çıxacaq".
Xatırladaq ki, Löv 2009-cu ildə də Bakıya səfəri zamanı mətbuat konfransına qatılmamışdı.
