6 iyun 2011 22:29
Oliver Birhoff: Fotqs bizdən bunu gözləməsin
Almaniya yığmasının meneceri Oliver Birhoff sabah keçiriləcək Azərbaycan – Almaniya oyunu öncəsi bu gün mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, baş məşqçi Yoahim Lövün azərbaycanlı jurnalistlərə qarşı növbəti hörmətsizliyindən sonra jurnalislər qarşısında çıxmaq məcburiyyətində qalan Birhoff Bakıdakı qarşılaşma öncəsi bunları dilə gətirib:
- Azərbaycana yenidən gəldiyimizə görə şadıq. Bura 3 xal dalınca gəlmişik. Əlbəttə, Bakıda ötən seçmə tsikldə əldə etdiyimiz 2:0 hesablı qələbəni yaxşı xatırlayırıq. Amma eyni zamanda sizin komandanın Rusiya və Türkiyə ilə evdə necə oynadığını da bilirik. Bizim üçün də çətin olacaq. Həm də ona görə ki, heyətimizdə xeyli itki var. Lakin bütün bunlara rəğmən, meydana çıxıb, sona kimi mübarizə aparmağa hazırıq.

- Yoahim Lövün yenidən azərbaycanlı jurnalistlərə hörmətsizlik edib, onların qarşısına çıxmaq istəməməsi nə ilə bağlıdı?
- Mən buna hörmətsizlik deməzdim. Sadəcə, son 10 gündə onun işləri həddən çox olub, eyni zamanda jurnalistlərə kifayət qədər açıqlamalar, müsahibələr verib. İndi isə onun bütün fikri ancaq sabahkı oyuna yönəlib. Amma oyundan sonra sizinlə görüşə məhz özü gələcək.
- Siz, Lövün Qazaxıstanın Azərbaycandan güclü olması ilə bağlı dediyi sözlərlə razısız?
- Bizim gözümüzdə bu iki komanda eyni gücdədi. Türkiyə ilə oyundan sonra bunu gördük.

- Niyə məhz oyundan bir gün öncə gəldiniz?
- Biz öz alman qrafikimizdən kənara çıxmaq istəmədik. Onu saxlamaq üçün məhz bir gün öncə gəlməliydik. Amma hesab etmirəm ki, bu, komandaya hansısa dərəcədə təsir etsin. Uşaqlar hamısı peşəkardılar və nə etdiklərini yaxşı bilirlər.

- Mümkündü ki, komandanızın üzvləri öz həmyerliləri Berti Foqtsun istefasına səbəb olmamaq üçün hansısa güzəşt etsin?
- O, bizdən belə bir şey gözləməsin. Foqts həm də mənim məşqçim olub. Mən hesab edirəm ki, hətta Azərbaycan uduzsa da, o, baş məşqçi postunda qalmalıdı.

- Azərbaycan yığmasının ev oyunlarında sürprizlərə imza atdığınız bilirsiz?
- Bilirik. Hər şey mümkündü. Amma biz əlimizdən gələni edəcəyik ki, belə bir sürprizlə qarşılaşmayaq. Bu oyunda da öz məğlubiyyətsiz seriyamızın davam etməsini arzulayırıq. Axı biz qrupdan lider kimi çıxmaq istəyirik.

- Nəzərə alsaq ki, artıq Azərbaycanla dördüncü dəfə qarşılaşırsız, hansısa arxayınlıq ola bilərmi?
- Sizin rəqibə hörmətlə yanaşdığınız məlumdu. Amma bizim də eyni dərəcədə komandanızı qiymətləndirməyimiz lazımdı. Əgər qiymətləndirməsək, Azərbaycan bizi cəzalandıra bilər. Hər halda biz bütün bunlara hazırıq və çətinlik yaradacağınızı gözləmirik.

- Yığmamızın Almaniyanı məğlub etməsi üçün sizcə, nələrə ehtiyac var?
- Bunun üçün ilk növbədə komandanız bizdən ən azı 1 qol artıq vurmalıdı. Üstəlik əks-hücumlarda daha ağıllı oynamalıdı. Yalnız bu halda uğur qazanmaq mümkündü. Komandanızın heyətində heç də pis olmayan hücumçular var. Onlardan istifadə etmək olar.