6 iyun 2011 00:35
Mario Qomes: Bakıda da qol vurmaq istəyirəm
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Almaniya yığmasının hücumçusu Mario Qomes Bakıdakı oyunda qol vurmaq istəyir. Azerisport.az xəbər verir ki, “Bayern”in forvardı iyunun 7-də keçiriləcək yığmamızla görüş öncəsi fikirlərini açıqlayıb:
“Avstriya ilə oyunda dubla imza atmaq, qələbə gətirmək çox xoş idi. İndi Azərbaycanla oyunda da qol vurmaq istəyirəm. Biz dəqiq oynasaq, qələbə qazana bilərik. Belə olan halda biz həm də erkən uğura imza atmış olacağıq. Amma aydın məsələdi ki, bu haqda yalnız oyundan sonra danışa bilərik”.

Xatırladaq ki, Qomes bir neçə gün öncə Vyanada keçirilən Avstriya ilə oyunda 2 qol vuraraq, komandasına vacib səfər qələbəsi (2:1) qazandırmış oldu.