6 iyun 2011 12:54
Premyer Liqamızın ən intizamlı və intizamsız klubları müəyyənləşdi
Premyer Liqada ötən mövsümün yekunlarına əsasən ən intizamlı komanda Ağdamın "Qarabağ" klubudu. Azerisport.az xəbər verir ki, 32 tur ərzində 32 dəfə sarı vərəqə ilə cəzalandırılan "Qarabağ" futbolçuları mövsümü qırmızı vərəqəsiz başa vurub.
2010/2011-ci il mövsümünün ən intizamsız komandası isə "Bakı" klubudu Paytaxt komandası cari mövsümdə keçirdiyi Premyer Liqa oyunlarında 67 sarı vərəqə alıb və 7 dəfə qırmızı vərəqə ilə cəzalanıb.
Ötən mövsüm üçün Premyer Liqanın ən intizamsız futbolçuları də məlumdu. Belə ki, "Gəncə" klubunun gürcüstanlı legioneri Zura Dzamsaşvili mövsüm ərzində 12 dəfə sarə vərəqə ilə cəzalandırılıb. Onun komanda yoldaşı Ramal Hüseynov və "Bakı"nın müdafiəçisi Əziz Quliyev ötən mövsümdə hərəyə iki dəfə qırmızı vərəqə alıblar.
|
Sıra
№
|
Klub
|
Sarı
vərəqə |
Qırmızı
vərəqə |
|
1
|
Qarabağ
|
32
|
|
|
2
|
Turan
|
43
|
1
|
|
3
|
Simurq
|
48
|
2
|
|
4
|
İnter
|
56
|
|
|
5
|
Neftçi
|
57
|
1
|
|
6
|
AZAL
|
54
|
2
|
|
7
|
Xəzər Lənkəran
|
59
|
2
|
|
8
|
Gəncə
|
60
|
6
|
|
9
|
MOİK
|
60
|
6
|
|
10
|
Muğan
|
72
|
3
|
|
11
|
Qəbələ
|
69
|
5
|
|
12
|
Bakı
|
67
|
7
|
