7 iyun 2011 13:16
Mirça Rednik limitdən şikayətləndi
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Rumıniya mətbuatına müsahibəsində Azərbaycan Premyer Liqasında legionerlərə qoyulan limitdən şikayətlənib. Azerisport.az xəbər verir ki, istədiyi futbolçuları komandasına gətirməkdə çətinliklərlə üzləşdiyini deyən rumıniyalı mütəxəssis bu məsələ ilə bağlı ürəyini həmyerlilərinə açıb:
“Xəzər Lənkəran”da əmək haqqı çox əladı. Amma bu, hər şeyi həll etmir. Azərbaycanlı futbolçularla bağlı problem var. Çünki start heyətində onlar üçdən az olmamalıdı. Bu üzdən mən də istədiyim futbolçularla müqavilə bağlaya bilmirəm”.