7 iyun 2011 13:35
“Bizim futbolçular həmişə tənqiddən sonra yaxşı oynayırlar”
Azərbaycan yığmasının və “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Samir Abasov azerisport.az saytına müsahibəsində millimizin Astana uğursuzluğundan və bu gün keçiriləcək Almaniya ilə oyunundan danışıb.
- Yığmamızın bu gün qarşılaşacağı Almaniya ilə oyundan nə gözləyirsiz?
- Qazaxıstana yenilgidən sonra yığmanın ünvanına kifayət qədər çoxlu tənqidlər yağmaqdadı. Amma mənə elə gəlir ki, tənqidləriniz onlara daha çox kömək edə bilər. Bizim futbolçular həmişə tənqiddən sonra yaxşı oynayırlar. Sanki onları hirsləndirirsiz. Yadınızdadırsa, Avstriya ilə oyundan sonra da eyni vəziyyət idi. Amma Türkiyəyə qalib gəldik. Polşa yenilgisindən sonra Finlandiyanı məğlub etməyi bacarmışdıq. Mənə elə gəlir ki, bu gün də komandamız yaxşı oynayacaq. Əgər Almaniya meydana arxayın çıxsa, bu, ümumiyyətlə əla olardı. Millimizin üzvləri bu tənqidlərdən nəticə çıxarmalıdılar.

- Sizcə, Almaniyaya qarşı layiqli mübarizə aparmaq üçün nə etmək lazımdı?
- Oyunun əhəmiyyətini dərk etmək lazımdı. Türkiyə ilə oyunda futbolçuların gözləri yanırdı. Onlar Astanada da qələbə qazanmaq istəyirdilər. Amma alınmadı. Hər şeydə Foqtsu günahlandırmaq da olmaz. Günahkar meydandakı futbolçulardı.

- Son günlər futbolçuların Qazaxıstanda qəsdən zəif oynaması barədə şayiələr dolaşmaqdadı...
- Mən belə şeyə inanmıram. Bel bir şey ola bilməz. Məgər bizim futbolçular ulduz olmaq istəmirlər ki? Məsələn, Rauf Əliyev həmin yüz faizli qol epizodunda fərqlənə bilsəydi, matçın qəhrəmanlarından biri ola bilərdi. Əgər kimsə qəsdən oynamasaydı da belə, bu, gec-tez bilinərdi. Şübhəsiz ki, belə futbolçu heç vaxt cəzasız qalmaz.
- Sizcə, Foqtsun gedişi millini uğursuzluqlardan qurtara bilərmi?
- Foqtsun istefası bizə heç bir kömək etməyəcək. O, ölkənin ən yaxşı futbolçuları ilə oynayır. Amma bizim səviyyəmiz bundan artığına imkan vermirsə, baş məşqçi nə etsin? Astanada meydana bir neçə gənc futbolçu çıxmışdı ki, xeyli səhvlər buraxdılar. Foqtsun həmin oyunda onlara şans verməsi də düzgün addım idi. Axı onlar Qazaxıstanla da qarşılaşmada oynamayıb, nə vaxt oynayacaqdılar? Bütün komanda nəticəyə oynamalıdı. Baş məşqçinin işini yalnız seçmə mərhələnin sonunda qiymətləndirmək olar.

- Siz Almaniya ilə ilk 3 oyunun hamısında oynamısız. Bu rəqiblə görüşlərdən nə kimi təəssüratlar qalıb?
- Almaniya yığmasının üzvləri Çempionlar Liqası, dünya və Avropa çempionatları kimi mötəbər turnirlərdə çıxış edirlər. Bu yığma dünyanın ən yaxşı komandalarından biridi. Onlara qarşı oynamaq çox çətindi. Səhv buraxmağı sevmirlər ki, bu da rəqibin şanslarını azaldır.

- Bu dəfəki oyunda nəyə ümid edə bilərik?
- Onlara qarşı açıq futbol sərgiləyə bilmərik. Ümid yalnız müdafiədən oynamağadı. Yalnız əks-hücumlara bel bağlamaqla nəyəsə ümid edə bilərik. Qazaxıstanla oyundan sonra komanda xarakter nümayiş etdirməlidi. İnanıram ki, heç-heçəyə nail ola biləcəyik.