7 iyun 2011 13:44
100 illik yubiley üçün 23 ölkədən 37 qonaq
Azərbaycan futbolunun 100 illik yubiley tədbirlərində iştirak etmək üçün ölkəmizə 23 ölkədən 37 qonaq gəlib. Azerisport.az xəbər verir ki, onlar dünən “Buta Palace”da təşkil olunan mərasimdə iştirakçılar arasında olublar.
Lakin dəvətlilərdən bəziləri ölkəmizə gəlməyib. Bu mənada Türkiyə Futbol Federasiyasının prezidenti Mahmud Özgener və qardaş ölkənin ən məşhur klublarından olan “Galatasaray”ın baş məşqçisi Fatih Terimi göstərmək olar. Sonuncunun gəlməməsinin səbəbi tamamilə qaranlıq qalır. Özgenerin başının isə “ay-ulduzlular”ın baş məşqçisi Qus Hiddinki komandada saxlamağa qarışdığını düşünmək olar.
